Bakı. Trend:
Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 07 oktyabr tarixli sərəncamı ilə Dövlət Statistika Komitəsinin aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədrinin müavini təyin edilib.
S.Əliyev 1983-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr və magistr təhsili alıb. 2004–2005-ci illərdə həqiqi hərbi xidmətdə olub.
2007-ci ildən dövlət qurumlarında, o cümlədən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində, Maliyyə və Vergilər nazirliklərində müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Dövlət İqtisad Universitetində müəllimlik edib.
2024–2026-cı illərdə Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktor müavini, daha sonra Dövlət Statistika Komitəsi sədrinin müşaviri və Aparat rəhbəri olub.
Dövlət qulluğunun baş müşaviridir. 2025-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Ailəlidir, iki övladı var.
