Bakı. Trend:
Azərbaycandan Gürcüstan istiqamətinə dövlət sərhədini qanunsuz keçməyə cəhd edən bir Mərakeş və iki Əfqanıstan vətəndaşı saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 6-da Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilən əməliyyat-qoşun tədbirləri nəticəsində bir Mərakeş vətəndaşı saxlanılıb.
Oktyabrın 7-də isə “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində iki Əfqanıstan vətəndaşı dövlət sərhədini eyni istiqamətdə pozmağa cəhd göstərərkən saxlanılıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
