ABŞ Ukrayna danışıqlarında vasitəçilik səylərini dayandıra bilər - Rubio

Dünya xəbərləri Xəbər 8 Oktyabr 2026 18:00 (UTC +04:00)
ABŞ Ukrayna danışıqlarında vasitəçilik səylərini dayandıra bilər - Rubio
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ administrasiyası Ukraynadakı münaqişənin nizamlanmasına vasitəçiliyin nəticə verməyəcəyini hesab edəcəyi təqdirdə bu istiqamətdə səylərini dayandıracaq.

TASS-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

Amerikalı ali diplomat münaqişənin danışıqlar yolu ilə nizamlanmalı olduğunu vurğulayıb.

“Son nəticədə biz bu münaqişənin hərbi yolla həllinin mümkün olduğunu düşünmürük. Hesab edirik ki, bu münaqişə danışıqlar yolu ilə başa çatmalıdır. Nə qədər tez olsa, bir o qədər yaxşıdır. ABŞ buna vasitəçilik etməyə hazırdır. Biz buna cəhd etmişik. Cəhdlərimizi davam etdirəcəyik”, - deyə o, səfərdə olduğu Lissabonda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə irəliləyişə nail olunmayacaqları təqdirdə ABŞ “mənasız proseslərə vəsait və səylər sərf etməyəcək”

“Bir çox hallarda bu, əks nəticə verib. Bununla belə, biz bu müharibənin danışıqlar yolu ilə başa çatmasını, nizamlanmanın uzunmüddətli, möhkəm və ədalətli olmasını istəyirik. Buna nail olmaq üçün bundan sonra da səylərimizi davam etdirməyə sadiqik”, - deyə ABŞ dövlət katibi əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti