Britaniya Türkiyə şirkətinə sanksiya tətbiq edib

Dünya xəbərləri Xəbər 8 Oktyabr 2026 16:06 (UTC +04:00)
Britaniya Türkiyə şirkətinə sanksiya tətbiq edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Böyük Britaniya hökuməti Rusiyaya qarşı sanksiyalar siyahısını 38 bənd genişləndirib. Bu dəfə “qara siyahıya” 23 şirkət, 3 fiziki şəxs və 12 gəmi adları daxil edilib.

Bu barədə Böyük Britaniya XİN Mətbuat xidməti məlumat yayıb.

Siyahıya “Zarubejneft”, “İNK-Kapital”, “Stoliçnı Kredit” bankı, “Planeta” ASC, Rusiyanın “Prime Top”, “Albion” və “Sidas Plyus” şirkətləri daxil edilib. Məhdudiyyətlər həmçinin Qırğızıstanın “Processing KG” və “TokenSpot” şirkətlərinə, Cryptomus və Heleket kriptoxidmətləri ilə əlaqəli Kanadanın “Xeltox Enterprises” şirkətinə, eləcə də Türkiyənin Redwing Metal şirkətinə tətbiq olunub.

Bundan başqa Ulan Bukabayev, Aleksandr Yan Hendrik Tattersall və Yeqor İsayev fərdi sanksiyalara məruz qalıblar. Şirkət və fiziki şəxslərin aktivlərinin dondurulması nəzərdə tutulur, fiziki şəxslər üçün isə Böyük Britaniyaya giriş qadağası da tətbiq ediləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti