Bakı.Trend:
İran və ABŞ nümayəndələri arasında vasitəli dialoq davam edir, tərəflər yazılı mesajlar mübadiləsi aparırlar.
TASNİM agentliyinin məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Danışıqlar prosesi davam edir, vasitəçilər yolu ilə ismarıclar mübadilə olunur”, - deyə İran XİN başçısı bildirib.
Əraqçi əlavə edib ki, Tehran öz təklifini - "yeddi günlük" planı təqdim edib və İran nümayəndələri bununla bağlı ABŞ tərəfinin mövqeyini dinləyib.
“Hazırda ABŞ-nin mövqeyini öyrənirik və hesab edirəm ki, yaxın bir neçə gün ərzində cavabımızı verəcəyik”, - deyə İran XİN başçısı vurğulayıb.
