Bakı. Trend:
Oktyabrın 8-də səhər saatlarında Abşeron Rayon Mərkəzi Xəstəxanasında sürücü vəzifəsində çalışan əməkdaş direktorun inzibati işlər üzrə müavininə xəsarət yetirib.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-in sorğusuna cavab olaraq bildirilib.
Məlumata görə, hadisəni törədən əməkdaş xəstəxananın Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində çalışır.
Xəsarət alan direktor müavininə dərhal zəruri tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
TƏBİB-dən qeyd olunub ki, sürücünün əmək intizamı qaydalarını pozması halları müşahidə edilib və bununla bağlı ona dəfələrlə şifahi xəbərdarlıq olunub.
