Bakı. Trend:
Səyahətçilərə hotel, restoran, turistik məkan və digər səyahət xidmətləri barədə məlumat verən “TripAdvisor” onlayn platforması 2026-cı il üçün dünyanın ən yaxşı turizm istiqamətlərinin reytinqini dərc edib.
Bu barədə şirkətin rəsmi saytında məqalə dərc olunub.
“The Travelers' Choice Awards - Best of the Best” reytinq cədvəlinə görə, Bali 2026-cı ildə səyahət üçün dünyanın ən yaxşı istiqaməti seçilib. İndoneziyanın bu adası “canlı açıqcaya” bənzəyən mənzərələri və turistlər üçün müxtəlif əyləncə imkanları sayəsində reytinqə başçılıq edib.
Reytinqdə ikinci yeri London (Böyük Britaniya), üçüncü yeri isə Dubay (BƏƏ) tutub. İlk onluğa, həmçinin Hanoy (Vyetnam), Paris (Fransa), Roma (İtaliya), Mərakeş (Mərakeş), Banqkok (Tailand), Krit (Yunanıstan) və Nyu-York (ABŞ) daxil olub.
Qeyd edək ki, “Tripadvisor” səyahətçilərə otel, restoran, turistik məkan və digər səyahət xidmətləri barədə məlumat və istifadəçi rəyləri təqdim edən onlayn platformadır. Platforma istifadəçilərə səyahətlərini planlaşdırmağa, müxtəlif məkan və xidmətləri müqayisə etməyə, həmçinin digər səyahətçilərin təcrübələri əsasında seçim etməyə imkan verir.
