Fermerlərin maliyyəyə çıxışı ötən illə müqayisədə daha rahat və sadədir - AKİA rəsmisi

İqtisadiyyat Xəbər 9 Oktyabr 2026 11:37 (UTC +04:00)
Fermerlərin maliyyəyə çıxışı ötən illə müqayisədə daha rahat və sadədir - AKİA rəsmisi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bu il fermer və sahibkarların maliyyə resurslarına çıxışı ötən illə müqayisədə daha rahat və sadədir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədr müavini Elnur Musayev cümə günü Bakıda keçirilən III Beynəlxalq Aqro Biznes Forumu çərçivəsində “Aqrar sahədə dövlət dəstəyi və maliyyə imkanlarına çıxış” adlı panel müzakirəsində deyib.

O bildirib ki, fermer və sahibkarlar müvəkkil təşkilatlar vasitəsilə maliyyə əldə etmək üçün müraciət etdikdə bəzən bankların və digər maliyyə qurumlarının əlavə tələblərindən şikayətlənirlər. Maliyyəyə əlçatanlıq probleminin həlli Kənd Təsərrüfatı Nazirliyinin əsas prioritetlərindən biridir.

“Bununla bağlı Mərkəzi Bankla görüşlərimiz olur, işçi qruplarımız yaradılıb, Dövlət Proqramı təsdiqlənib. Bu gün bazarda da görürük ki, bu il maliyyəyə əlçatanlıq keçən ildən daha rahat və sadədir. Bu da bizə gələn il vəziyyətin daha yaxşı olacağına ümid verir”, – deyə Elnur Musayev qeyd edib.

Agentliyin sədr müavini vurğulayıb ki, həm sahibkarlıq fəaliyyətinə yeni başlayan, həm də təsərrüfatını genişləndirmək istəyən fermerlər birbaşa AKİA-ya müraciət edə bilərlər.

O bildirib ki, agentliyin fermer və sahibkarlarla birbaşa işləmək hüququ olmasa da, müraciət edən şəxslər müvafiq müvəkkil təşkilatlara – banklara, bank olmayan kredit təşkilatlarına, kredit ittifaqlarına və lizinq təşkilatlarına yönləndirilirlər. Maliyyələşmə ilə bağlı müraciətlər həmin təşkilatlar vasitəsilə AKİA-ya daxil olur.

“Biz hər bir müraciətlə, hər bir fermerin və təchizatçının problemi ilə birbaşa məşğul oluruq. Bu səbəbdən istənilən fermer və təsərrüfat bizə yazılı şəkildə və ya şəxsən müraciət edə bilər. Müraciətin formasından asılı olmayaraq, bizə zəng etdikdə və ya qəbulumuza gəldikdə mümkün qədər dəstək göstərməyə çalışırıq”, – deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti