Efiopiya dronları Tiqrayda Eritreya qoşunlarına zərbə endirib

Dünya xəbərləri Xəbər 9 Oktyabr 2026 05:17 (UTC +04:00)
airstrike

Bakı. Trend:

Efiopiyaya məxsus pilotsuz uçuş aparatları (PUA) ölkənin şimalındakı Tiqray bölgəsinin ərazisinə daxil olan Eritreya ordusunun bölmələrinə silsilə zərbələr endirib.

Bu barədə "Africanews" telekanalı silahlı münaqişələrin monitorinqi ilə məşğul olan "ACLED" təşkilatına və şahidlərə istinadən məlumat yayıb.

Məlumata əsasən, zərbələr oktyabrın 8-nə keçən gecə Eritreya qoşunlarının yerləşdiyi Adiqrat şəhəri ərazisində endirilib. Həmin qoşunlar daha əvvəl Efiopiya sərhədini keçib. PUA-ların hədəfi Eritreya ordusunun hərbçiləri və sursatları olub.

Şahidlərin sözlərinə görə, Adiqrat ərazisində çoxsaylı partlayış səsləri eşidilib. Yerli sakinlərdən biri Eritreya ordusuna məxsus bir neçə hərbi yük maşınının məhv edildiyini bildirib. Digər şahid PUA zərbələri nəticəsində zədələnmiş hərbi texnika gördüyünü deyib. Üçüncü şahidin sözlərinə görə, Eritreya bölmələri şimala doğru geri çəkilməyə başlayıb.

Efiopiya və Eritreya hakimiyyət orqanları zərbələr barədə məlumatı hələlik şərh etməyiblər.

Xəbər lenti

Xəbər lenti