Putin və Pezeşkian strateji əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

Dünya xəbərləri Xəbər 9 Oktyabr 2026 00:25 (UTC +04:00)
Putin və Pezeşkian strateji əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian strateji əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib və birgə layihələrin tamamlanması prosesinin sürətləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Bu barədə Türkmənistanın paytaxtında iki prezident arasında keçirilən danışıqların yekunlarına dair İran mediası məlumat yayıb.

“Mətnə əsasən, görüş zamanı tərəflər ikitərəfli münasibətlərdə əldə olunan nailiyyətləri nəzərdən keçirib, enerji, kənd təsərrüfatı, nəqliyyat və ticarət də daxil olmaqla əsas sektorlarda iqtisadi və strateji əməkdaşlığın gücləndirilməsinə diqqət yetiriblər”, - məlumatda qeyd olunub.

Həmçinin bildirilib ki, fikir mübadiləsi zamanı tərəflər “birgə layihələrin tamamlanması prosesinin sürətləndirilməsinin zəruriliyini, eləcə də hər iki ölkənin milli maraqlarına və regional sabitliyə uyğun olaraq hərtərəfli əməkdaşlığın miqyasının genişləndirilməsi əzmini vurğulayıblar”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti