Bakı. Trend:
Bir neçə tanker Hörmüz boğazında dəniz minalarına düşərək partlayıb. Bu barədə Fars agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, “Hörmüz boğazının cənub keçidində bir neçə güclü partlayış baş verib. Buna səbəb həmin ərazidə yerləşdirilmiş dəniz minaları ilə tankerlərin toqquşması olub”.
Zədələnən gəmilərin sayı və mümkün zərərçəkənlər barədə məlumat verilmir.