İranın silah istehsalı gücləri uzunmüddətli müharibəyə imkan verir

Dünya xəbərləri Xəbər 9 Oktyabr 2026 03:48 (UTC +04:00)
İranın silah istehsalı gücləri uzunmüddətli müharibəyə imkan verir

Bakı. Trend:

İranın silah istehsalı sahəsindəki istehsal gücləri uzunmüddətli hərbi əməliyyatlar zamanı yaranan tələbatı ödəməyə imkan verir.

Bu barədə İran Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Rza Təlai-Nik bildirib.

“Hazırda bizim istehsal sistemimiz uzunmüddətli və şiddətli müharibə aparmaq üçün zəruri istehsal gücünə malikdir”, - deyə Təlai-Nik dövlət televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ-a qarşı hərbi əməliyyatlar dövründə silah istehsalının həcmi 2,5 dəfə artıb. O əlavə edib ki, ölkə əvvəlcədən mühafizə olunan ehtiyat istehsal sahələri hazırlayıb və bunun sayəsində hərbi məhsulların istehsalı bir gün belə dayandırılmayıb.

Təlai-Nikin sözlərinə görə, təxminən 9 min şirkət hərbi məhsulların istehsalı prosesinə könüllü şəkildə qoşulub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti