Bakı. Trend:
Bakıda “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfrans keçirilir.
Trend-in tədbirdə iştirak edən müxbirinin məlumatına görə, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Konfransın məqsədi gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, bu prosesdə ailənin, təhsilin, cəmiyyətin və dini icmaların rolunun müzakirəsi, eləcə də aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsidir.
Tədbir çərçivəsində “Ailə, təhsil və cəmiyyət: gənclərin formalaşmasında dövlət siyasəti və ictimai məsuliyyət” və “Müasir informasiya mühitində gənclərin rəqəmsal savadlılığı və milli dəyərlər” mövzularında panellər keçirilir.
Konfransda dövlət qurumlarının, gənclər təşkilatlarının, dini icmaların nümayəndələri, din xadimləri və ilahiyyatçılar iştirak edirlər.
Panellərdə gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, dini maarifçilik, sosial şəbəkələrin imkanlarından istifadə və bu sahədə dövlət qurumları ilə dini icmalar arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunur.
Xəbər yenilənəcək
