Cəbrayılda minaya düşən şəxsin vəziyyəti açıqlanıb

Cəmiyyət Xəbər 9 Oktyabr 2026 10:45 (UTC +04:00)
Cəbrayılda minaya düşən şəxsin vəziyyəti açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Cəbrayıl rayonu ərazisində baş verən partlayış səbəbilə xəsarət alan 1966-cı il təvəllüdlü şəxs (kişi) 08.10.2026-cı il tarixində saat 20:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, ona sağ ayağın aşıq-baldır oynağı səviyyəsində travmatik amputasiyası, qamış və incik sümüklərinin topuq çıxıntısından keçən topuğunun amputasiyası diaqnozu təyin olunub.

“Pasiyent cərrahi əməliyyata alınıb və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir”,- deyə əlavə edilib.

Qeyd edək ki, Əşrəf Elman oğlu Qəhrəmanov ötən gün Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti