Somalidən olan qaçqın Britaniya parlamentinə deputat seçilib

Dünya xəbərləri Xəbər 9 Oktyabr 2026 07:29 (UTC +04:00)
Somalidən olan qaçqın Britaniya parlamentinə deputat seçilib

Bakı. Trend:

Londonda Kamden rayonunun bələdiyyə şurasının rəhbəri Saqal Abdi-Vəli Britaniya parlamentinin İcmalar Palatasına (aşağı palata) Holborn və Sent-Pankras seçki dairəsi üzrə keçirilən təkrar seçkilərdə qalib gəlib.

Bu, oktyabrın 8-də keçirilən səsvermənin nəticələrindən irəli gəlir.

Hakim Leyboristlər Partiyasını təmsil edən Abdi-Vəli seçicilərin 45,17 faizinin səsini qazanıb. O, 1990-cı illərdə uşaq yaşlarında Somalidən qaçqın kimi Böyük Britaniyaya gəlib. Onun əsas rəqibi Yaşıllar Partiyasının lideri Zak Polanski olub. Seçicilərin 32,81 faizi ona səs verib.

Londonun şimalında yerləşən Holborn və Sent-Pankras seçki dairəsi üzrə İcmalar Palatasında deputat yeri Böyük Britaniyanın keçmiş baş naziri Kir Starmerin sentyabrın 1-də səlahiyyətlərini təhvil verdiyini və siyasətdən getdiyini elan etməsindən sonra boş qalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti