ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

Dünya xəbərləri Xəbər 9 Oktyabr 2026 08:02 (UTC +04:00)
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

Bakı. Trend:

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı əlavə sanksiyalar tətbiq etməyə hazırlaşır.

Bu barədə “New York Post” məlumat yayıb.

Qəzetin məlumatına görə, qərar BCM-in ABŞ hərbçiləri və rəsmilərinə qarşı araşdırmalarına cavab olaraq qəbul ediləcək. ABŞ diplomatlarına məhkəməyə qarşı “əlavə tədbirlər” barədə xəbərdarlıq edilib.

Nəşrin istinad etdiyi memorandumda BCM-in milli dövlətlərdən üstün mövqe tutmağa çalışdığı və ABŞ-nin onun yurisdiksiyasını qəbul etmədiyi vurğulanır.

Qeyd olunur ki, ABŞ Roma Statutunun tərəfi deyil və məhkəmənin amerikalı hərbçilər və rəsmilər üzərində yurisdiksiyasını tanımır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti