ABŞ-də məhbusun edamı canlı yayımlanacaq

Dünya xəbərləri Xəbər 9 Oktyabr 2026 11:48 (UTC +04:00)
ABŞ-də məhbusun edamı canlı yayımlanacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-də məhbusun edamı canlı yayımlanacaq.

"Euronews" telekanalının məlumatına görə, ABŞ ordusunun 2009-cu ildə Texas ştatındakı Fort Hud hərbi bazasında 13 nəfəri öldürən və 32 nəfəri yaralayan keçmiş psixiatrı Nidal Həsənin dekabrın 3-də güllələnmə yolu ilə edamı canlı yayımlanacaq.

Pentaqon edamın canlı yayımlanacağını cümə axşamı təsdiqləyib. ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib ki, ictimaiyyət baş verənləri izləyə bilməlidir.

Bu, İkinci Dünya müharibəsindən sonra ABŞ ordusunda güllələnmə yolu ilə həyata keçiriləcək ilk edam, 65 ildən çox müddətdə isə orduda ilk edam olacaq.

Edamın canlı yayımlanması ABŞ-də ölüm hökmünün icrası, prosesin şəffaflığı və məhkumun ləyaqətinin qorunması ilə bağlı müzakirələri gücləndirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti