Azərbaycanın xarici ölkələrdəki ticarət nümayəndəliklərinin binasında bayraq və gerb yerləşdiriləcək

Siyasət Sənəd 9 Oktyabr 2026 12:51 (UTC +04:00)
Azərbaycanın xarici ölkələrdəki ticarət nümayəndəliklərinin binasında bayraq və gerb yerləşdiriləcək
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın xarici ölkələrdəki ticarət nümayəndəliklərində bayraq, gerb və lövhə yerləşdiriləcək.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Sənədin mətni Nazirlər Kabinetinin rəsmi saytında dərc edilib.

Qərara əsasən, xarici ticarət nümayəndəsi və onun aparatı səfirlik və ya konsulluqdan kənarda yerləşdikdə onun binasında və ya ərazisində ölkənin və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə və normativ hüquqi aktlara uyğun olaraq Azərbaycanın Dövlət Bayrağı qaldırılır.

Həmçinin Azərbaycan Respublikası Dövlət Gerbinin qabarıq təsviri və Azərbaycan dilində və təyin olunduğu dövlətin dövlət dilində (dillərində) “Azərbaycan Respublikasının (Azərbaycan Respublikasının səfirliyi və ya konsulluğunun olduğu ölkə üzrə təyin olunduğu səfirliyin və ya konsulluğun adı, Azərbaycan Respublikasının səfirliyinin və ya konsulluğunun olmadığı ölkə üzrə isə müvafiq ölkənin adı) ticarət nümayəndəsi” yazısı olan lövhə vurulur.

Xəbər lenti

Xəbər lenti