Bakı. Trend:
Azərbaycan iki "yaşıl enerji" layihəsi üçün ümumilikdə 1,1 milyon dollar qrant alıb.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.
"İnkişafın Maliyyələşdirilməsi üzrə Çoxtərəfli Əməkdaşlıq Mərkəzinin (MCDF) Maliyyə Mexanizminin İcraçı Tərəfdaşı qismində Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə iki mühüm "yaşıl enerji" layihəsi üzrə ümumilikdə 1,1 milyon ABŞ dolları məbləğində qrant sazişləri imzaladıq. Bu maliyyə dəstəyi Xəzər Yaşıl Enerji Dəhlizi layihəsinin hazırlanmasına və dənizdə irimiqyaslı küləke nerjisinin inkişafını dəstəkləyən sahil infrastrukturu üzrə konseptual tədqiqatın aparılmasına yönəlib. Əməkdaşlığımız Azərbaycanın bərpa olunan enerji potensialının reallaşdırılmasına, yaşıl enerji ixracı imkanlarının genişləndirilməsinə və regional enerji bağlantılarının gücləndirilməsinə töhfə verəcək", - paylaşımda qeyd edilib.
