Bakı. Trend:
Qırğızıstan Prezidenti Sadır Japarov oktyabrın 9-da Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında ölkəsinin Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində əməkdaşlığın inkişafına sadiq olduğunu təsdiqləyib.
Qırğızıstan Prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, məhdud tərkibdə keçirilən iclasda çıxış edən Japarov Birlik dövlətləri arasında qarşılıqlı faydalı əlaqələrin və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Dövlət başçısı ticarət-iqtisadi, investisiya və sənaye əməkdaşlığının, eləcə də energetika, aqrar-sənaye kompleksi, nəqliyyat, logistika, rəqəmsal iqtisadiyyat və innovasiyalar sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Çıxışının sonunda Japarov Qırğızıstanın bundan sonra da Birliyin möhkəmlənməsinə töhfə verməyə hazır olduğunu təsdiqləyib.
Xatırladaq ki, MDB Dövlət Başçıları Şurasının iclası oktyabrın 9-da Prezident Sərdar Berdiməhəmmədovun sədrliyi ilə Türkmənistanın Xəzər sahilində (Türkmənbaşı şəhəri yaxınlığında) yerləşən "Avaza" Milli Turizm Zonasında keçirilir. Tədbir Müstəqil Dövlətlər Birliyinin yaranmasının 35 illiyinə həsr olunub və Türkmənistanın 2026-cı ildə MDB-yə sədrliyi çərçivəsində əsas hadisədir.
