Bakı. Trend:
Norm rüşvətxorluğa qarşı idarəetmə sistemləri üzrə beynəlxalq ISO 37001:2025 sertifikatını əldə edib. Sertifikat şirkətin rüşvətxorluq risklərinin idarə olunması, effektiv daxili nəzarət mexanizmlərinin tətbiqi və etik korporativ mədəniyyətin gücləndirilməsi istiqamətində fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunu təsdiqləyir.
ISO 37001:2025 sertifikatının əldə edilməsi göstərir ki, Norm korrupsiya və rüşvətxorluğa qarşı mübarizə, şəffaflıq və etik biznes prinsiplərinə sadiqdir və fəaliyyətində dürüstlük, şəffaflıq və hesabatlılıq dəyərlərini rəhbər tutur.Şirkətin CEO-su Henning Sasse: “Biz mövcud idarəetmə və daxili nəzarət mexanizmlərinin beynəlxalq qabaqcıl təcrübələrə uyğun olaraq davamlı təkmilləşdirilməsini, risklərin effektiv idarə olunmasını və məsuliyyətli biznes yanaşmasının gücləndirilməsini prioritet istiqamələr hesab edirik. ISO 37001:2025 sertifikatının əldə edilməsi bu istiqamətdə atdığımız mühüm addımlardan biridir və bizim bu standartların şirkətin bütün fəaliyyətinə davamlı şəkildə tətbiqi ilə bağlı öhdəliyimizi ifadə edir”.