İspaniyada nüfuzlu cərrah xəstələrin gözü önündə qətlə yetirilib (FOTO)

Dünya xəbərləri Xəbər 9 Oktyabr 2026 17:03 (UTC +04:00)
İspaniyada nüfuzlu cərrah xəstələrin gözü önündə qətlə yetirilib (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyada nüfuzlu plastik cərrahı Aleksandr Aslani pasiyentlərinin gözləri önündə odlu silahla qətlə yetirilib.

Bu barədə “Daily Mail” nəşri yazır.

“18 yaşlı gənc 57 yaşlı Aleksandr Aslaninin güllələnməsindən 24 saat sonra, dünən yerli vaxtla saat 18:00 radələrində həbs edilib”, – deyə nəşrin materialında bildirilir.

Nəşrin məlumatına görə, hadisəni araşdıran müstəntiqlər sifarişli qətl versiyası üzərində dayanırlar. Onların fikrincə, cinayət Cənubi Amerikadan olan bir pasiyentin əməliyyat masasında ölməsi ilə əlaqəli ola bilər. İddialara görə, həmin şəxsin qohumları muzdlu qatil tutublar.

Nəşr hadisə ilə bağlı başqa bir versiyanın da olduğunu bildirir. Bu versiyaya görə, Aslaninin rəhbərlik etdiyi klinikanın pasiyenti atışmadan bir neçə saat əvvəl təhdid dolu mesajlar göndərib. O, prosedurun nəticəsindən narazılığını ifadə edərək pulunun geri qaytarılmasını tələb edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti