Panamada güclü zəlzələ baş verib

Dünya xəbərləri Xəbər 9 Oktyabr 2026 23:29 (UTC +04:00)
Panamada güclü zəlzələ baş verib

Bakı. Trend:

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib.

ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri Pitaloza-Arriba yaşayış məntəqəsindən təxminən 10 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ paytaxt Panama Sitidə də güclü hiss olunub.

ABŞ-nin Sunami Xəbərdarlığı Mərkəzi Panama, Kolumbiya, Ekvador, Nikaraqua və Qvatemala sahilləri üçün mümkün sunami təhlükəsi barədə xəbərdarlıq yayıb.

Panamanın Mülki Müdafiə Xidməti episentrə yaxın bölgələrdə mümkün dağıntıları araşdırır. Hələlik insan tələfatı və ciddi dağıntılar barədə məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti