RİNN-də Yaponiya nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

İqtisadiyyat Xəbər 9 Oktyabr 2026 20:49 (UTC +04:00)
RİNN-də Yaponiya nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin beynəlxalq məsələlər üzrə nazir müavini Hideo Fuseda ilə görüş keçirib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və Yaponiya arasında rəqəmsal inkişaf və informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi, süni intellekt, rəqəmsal transformasiya və innovasiya istiqamətlərində təcrübə mübadiləsi, eləcə də birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Tərəflər İKT və poçt xidmətləri sahəsində əməkdaşlığa dair Fəaliyyət Planının yekunlaşdırılması, Hiroşima Süni İntellekt Prosesində iştirak və fəlakətlərin qarşısının alınmasında İKT-nin tətbiqi məsələləri barədə fikir mübadiləsi aparıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti