Britaniyalı dənizçilər dronları su şırnaqları ilə zərərsizləşdirəcək

Dünya xəbərləri Xəbər 9 Oktyabr 2026 15:47 (UTC +04:00)
Britaniyalı dənizçilər dronları su şırnaqları ilə zərərsizləşdirəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Böyük Britaniyada atom sualtı qayıqlarının dənizçiləri limanda olduqları müddətdə pilotsuz uçuş aparatlarından (PUA) qorunmaq üçün yanğınsöndürmə şırnaqlarından istifadə üzrə təlimlər keçirlər.

“The Sun” qəzetinin yazdığına görə, sualtı qayıqlar limanda olarkən bu vasitə onların hava hücumundan müdafiəsi üçün yeganə yerüstü silah hesab olunur.

Hədəfləri dəqiq vurmaq üçün bütün yanğınsöndürmə şırnaqları tapança tipli dəstəklə təchiz edilib. Güman edilir ki, dənizçilər bu üsulla FPV kameraları ilə təchiz olunmuş qısa və orta mənzilli dronlardan yerüstü müdafiəni təmin edə biləcəklər. “The Sun” qeyd edir ki, daha uzaq məsafələrə uça bilən PUA-ları isə artıq Kral Hərbi Hava Qüvvələrinin qırıcıları ələ keçirməlidir.

Dəyəri təxminən 5 milyard dollara çatan “Vanguard” sinifli sualtı qayıqlar “Trident 2” nüvə ballistik raketləri ilə silahlanıb. Bu raketlərin partlayış gücü 100 kilotona çata bilər. Qəzetin mənbələrinin bildirdiyinə görə, sualtı qayıqlar vaxtlarının böyük hissəsini Böyük Britaniya üçün strateji əhəmiyyət daşıyan Klayd hərbi-dəniz bazasının limanında keçirirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti