Moskva aeroportlarında uçuşlar dayandırılıb

Dünya xəbərləri Xəbər 9 Oktyabr 2026 16:53 (UTC +04:00)
Moskva aeroportlarında uçuşlar dayandırılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiyanın paytaxtı Moskvanın Domodedovo və Jukovski hava limanlarında hava gəmilərinin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Bu barədə Rusiyanın Fedaral Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) rəsmi “Maks” kanalında məlumat yayıb.

“Domodedovo və Jukovski hava limanlarında hava gəmilərinin enişi və uçuşu müvəqqəti məhdudlaşdırılıb. Məhdudiyyətlər uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq olunub”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, Rusiya hava limanlarında uçuşların qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər, əsasən pilotsuz uçuş aparatları ilə bağlı təhlükəsizlik riskləri səbəbindən tətbiq olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti