Tailandda türkiyəli biznesmendən 820 min dollarlıq kriptovalyuta oğurlanıb

Dünya xəbərləri Xəbər 9 Oktyabr 2026 18:02 (UTC +04:00)
Tailandda türkiyəli biznesmendən 820 min dollarlıq kriptovalyuta oğurlanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Tailandın Pattayya şəhərində silahlı şəxslər türkiyəli iş adamının evinə basqın edərək 820 min dollar dəyərində kriptovalyuta, nağd pul və üç dəbdəbəli “Rolex” saatı oğurlayıblar.

Bu barədə “Pattaya Mail” məlumat yayıb.

Hadisə oktyabrın 6-da baş verib. Soyğunçular iş adamını silahla hədələyərək kriptovalyutanı köçürməyə məcbur ediblər. Ümumi zərər 30 milyon Tailand batı təşkil edib.

Polis hadisə ilə əlaqəli olduğu ehtimal edilən tərk edilmiş “Toyota Fortuner” avtomobili aşkarlayıb.

Oğurluqda şübhəli bilinən üç nəfərin axtarışı davam edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti