Azərbaycanın Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib (FOTO)

Cəmiyyət Xəbər 10 Oktyabr 2026 12:31 (UTC +04:00)
Azərbaycanın Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib (FOTO)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

İndoneziyanın Azərbaycandakı səfirliyində İndoneziyanın ənənəvi döyüş sənəti olan Pencak Silat (Pencak Silat) icmasının yaradılmasına və fəaliyyətinin gücləndirilməsinə həsr olunmuş tədbir keçirilib.

Trend-in müxbirinin verdiyi məlumata görə, UNESCO tərəfindən qeyri-maddi mədəni irs kimi tanınan Pencak Silat İndoneziya ilə Azərbaycan arasında diplomatik əlaqələrin və mədəniyyətlərarası qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfə verir.

İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi Azərbaycan Pencak Silat İcmasının (APSİ) fəaliyyətini rəsmən təsdiqləyib.

Bu çərçivədə İndoneziyanın Bakıdakı Səfirliyi Azərbaycan Pencak Silat İcmasını ölkə ərazisində Pencak Silat üzrə fəaliyyətlərin təşkili və inkişafını əlaqələndirən əsas qurum kimi tanıyaraq dəstəkləyib. Bu addımın Azərbaycanda aidiyyəti dövlət qurumlarının və nazirliklərin diqqətini cəlb etməklə Pencak Silatın hüquqi və institusional əsaslarının möhkəmləndirilməsinə, eləcə də bu idman növünün ölkədə daha geniş inkişafına şərait yaradacağı gözlənilir.

Rəsmi imzalanma mərasimi Bakı şəhərində təntənəli şəkildə keçirilib və mərasimdə İndoneziya Səfirliyinin diplomatik heyəti, idman ictimaiyyətinin nümayəndələri və yerli media nümayəndələri iştirak edib. Tədbirin əsas hissəsi hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb, daha sonra Azərbaycan Pencak Silat İcmasının prezidenti cənab Məqami Bayramov və İndoneziya Respublikasının səfiri çıxış edib.

APSİ-nin prezidenti Məqami Bayramov isə İndoneziya Səfirliyi tərəfindən göstərilən dəstəyə və bu mühüm tanınmaya görə təşəkkürünü ifadə edib. O, rəsmi şəkildə tanınmasının Azərbaycan idmançılarına Pencak Silat idman növünün Azərbaycanda tanınması və inkişaf etdirilməsi istiqamətində səylərini daha da gücləndirməyə, eyni zamanda Özbəkistanda keçiriləcək Dünya Çempionatında iştirak etmək üçün hazırlıqlarını davam etdirməyə əlavə stimul verəcəyinə ümidvar olduğunu bildirib.

Rəsmi mərasim təşkilat komitəsi tərəfindən rəsmi təsis sənədinin oxunması ilə yekunlaşıb, daha sonra sənəd İndoneziya Respublikasının səfiri tərəfindən imzalanıb və İcmanın idarə heyətinin üzvləri ilə birgə xatirə fotosu çəkilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti