PSJ-nin hücumçusu Liqa 1-də sentyabr ayının ən yaxşı futbolçusu seçilib

İdman Xəbər 10 Oktyabr 2026 05:51 (UTC +04:00)
PSJ-nin hücumçusu Liqa 1-də sentyabr ayının ən yaxşı futbolçusu seçilib

Bakı. Trend:

PSJ-nin hücumçusu Ferran Torres Fransa Liqa 1-də sentyabr ayının ən yaxşı futbolçusu seçilib.

Bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı ispaniyalı futbolçu sentyabrda Fransa çempionatında üç matça çıxıb və iki qol vurub.

Qeyd edək ki, Ferran Torres yay transfer pəncərəsində “Barselona”dan PSJ-yə keçib. Paris klubu hücumçunun transferi üçün 48,5 milyon avro (97 milyon manat) ödəyib.

Xəbər lenti

Xəbər lenti