Zəngilan. Trend:
Dünyaşöhrətli MTP (Most Traveled People) klubunun təsisçisi Çarlz Veleyin (Charles Veley) rəhbərlik etdiyi beynəlxalq səyyahlardan ibarət nümayəndə heyətinin Zəngilana səfəri başlayıb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, səfər çərçivəsində nümayəndə heyəti Əhmədbəyli–Horadiz–Mincivan–Ağbənd avtomobil yolunda aparılan tikinti işləri ilə tanış olur.
Proqram çərçivəsində beynəlxalq səyahətçilərin Cəbrayıl rayonuna da səfəri nəzərdə tutulub. Burada qonaqlar ərazidə həyata keçirilən minatəmizləmə işləri ilə tanış olacaqlar.
Xəbər yenilənəcək
