Bakı.Trend:
Çilinin Santyaqo aeroportundan havaya qalxmış sərnişin təyyarəsi fövqəladə vəziyyət siqnalı ötürüb.
Bu barədə"Flightradar24" məlumat yayıb.
“JA850 saylı Santyaqo–Truxilyo reysini həyata keçirən və 7700 siqnalı ötürən təyyarə cənuba doğru istiqamətini dəyişir”, – deyə məlumatda bildirilib.
Təyyarə yerli vaxtla saat 22:11-də Santyaqodan havaya qalxıb. Uçuş cədvəlinə əsasən, təyyarə Truxilyo hava limanına enməli idi.
Qeyd edək ki, pilotların dispetçerlərə ötürdüyü 7700 kodu təyyarənin göyərtəsində təcili müdaxilə tələb edən fövqəladə vəziyyətin yarandığını bildirir.
