Bakı. Trend:
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycanın 4 təmsilçisi mübarizəyə qoşulacaq.
Azərbaycan Cüdo Federasiyasının məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən çempionatda bu gün fərdi yarışlar başa çatacaq.
Kişilər
+100 kq çəki
Uşanqi Kokauri 1/32 finalda Emirxan Joldoşkazıyev (Qırğızıstan) qarşılaşacaq
Camal Qamzatxanov Fransisko Solislə (Çili) üz-üzə gəkəcək.
Kənan Nəsibov ilk mərhələdən azaddır.
Qadınlar
+78 kq çəki
Mədinə Kaysinova iAsya Tavano (İtaliya) ilə görüşəcək.
Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində 5 medal (1 qızıl, 1 gümüş, 3 bürünc) var. Bu, ölkəmizin cüdo tarixində dünya çempionatlarında rekord göstəricidir.