Uitkoff Ukrayna münaqişəsinin qışa qədər nizamlanması üçün aparılan

Dünya xəbərləri Xəbər 10 Oktyabr 2026 10:10 (UTC +04:00)
danışıqlar barədə məlumat verib
Uitkoff Ukrayna münaqişəsinin qışa qədər nizamlanması üçün aparılan
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Ukrayna, Avropa və NATO nümayəndələri ilə qışa qədər Ukrayna münaqişəsinin nizamlanması yollarını müzakirə edib.

ABŞ KİV-nin məlumatına görə, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff məlumat verib.

Görüş Mayamidə keçirilib. Tədbirdə ABŞ, “Avropa üçlüyü” ölkələrinin, Avropa Komissiyasının, Ukraynanın və NATO-nun nümayəndələri iştirak ediblər.

Uitkoff "X" sosial şəbəkəsindəki paylaşımında müzakirələrin konstruktiv keçdiyini bildirib.

“Qış gələnədək deeskalasiya və Rusiya ilə müharibənin başa çatdırılması üçün mümkün yolların axtarışı ilə bağlı konstruktiv müzakirələr aparılıb”, – deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-dən davam edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti