Rusiyada 4,9 maqnitudalı zəlzələ olub

Dünya xəbərləri Xəbər 10 Oktyabr 2026 08:55 (UTC +04:00)
Rusiyada 4,9 maqnitudalı zəlzələ olub

Bakı. Trend:

Rusiyanın Kemerovo vilayətində 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə vilayətin qubernatoru İlya Seredyuk “Max” platformasında məlumat yayıb.

Onun sözlərinə görə, yeraltı təkanlar oktyabrın 10-da Prokopyevsk bələdiyyə dairəsində, Krasnobrodski qəsəbəsi yaxınlığında baş verib.

İlya Seredyuk bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb, dağıntı qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti