Hörmüzdə 11 ticarət gəmisi hücuma məruz qalıb

Dünya xəbərləri Xəbər 10 Oktyabr 2026 10:24 (UTC +04:00)
Hörmüzdə 11 ticarət gəmisi hücuma məruz qalıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Oktyabrın əvvəlindən Hörmüz boğazında və onun yaxın çevrəsində 11 ticarət gəmisi hücuma məruz qalıb.

Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatlarında bildirilir.

Əsasən xam neft daşıyan tankerlərə qarşı hücumlar, demək olar ki, hər gün baş verib. ABŞ Hərbi Dəniz İnstitutunun məlumatına görə, hücumları həm İran, həm də ABŞ həyata keçirib. ABŞ Hərbi Dəniz Qüvvələri Pentaqonun iddiasına əsasən, blokadanı pozan və ya İrana hərbi yardım göstərən gəmilərə zərbələr endirib.

"Lloyd’s List Intelligence" analitik xidmətinin məlumatına görə, gəmilərə hücumların sayının artmasına baxmayaraq, gəmiçilik intensivliyi yüksəlməkdə davam edir, Yaxın Şərqdən xam neft ixracının həcmi isə müharibədən əvvəlki göstəricilərə yaxınlaşır.

Sentyabrın 28-dən ötən çərşənbəyədək ümumilikdə 143 gəmi keçidi qeydə alınıb. Bu, əvvəlki həftə ilə müqayisədə üç keçid çoxdur. Sözügedən dövrdə şərq istiqamətində gəmi keçidlərinin sayı 7,1 faiz artıb, qərb istiqamətində isə 4,2 faiz azalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti