Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Ukraynada seçkilərin keçirilməsinin zəruri olduğunu bildirib.
“Düşünürəm ki, o (Zelenski – red.) seçkilər keçirməlidir. O, bu məsələni dəfələrlə həll edə bilərdi və seçkilər keçirməlidir. Zelenski bu müharibəyə dəfələrlə son qoya və sülh sazişi bağlaya bilərdi”, – deyə dövlət başçısı Tennessi ştatından Ağ Evə qayıdarkən Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərlə söhbətində deyib.
Bundan əvvəl Tramp Ukraynanın liderini dəyişdirməyin vaxtının çatdığını bildirmişdi.
