Tramp Atlantik və ya Sakit okeanların adını dəyişmək istəyir

Dünya xəbərləri Xəbər 11 Oktyabr 2026 03:00 (UTC +04:00)
Tramp Atlantik və ya Sakit okeanların adını dəyişmək istəyir

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp vəzifəsini tərk edənədək Atlantik və ya Sakit okeanların adını “Tramp okeanı” və ya “Amerikalar okeanı” olaraq dəyişməyi planlaşdırır.

“Bizə bir okean lazımdır. Buna görə də Atlantik və ya Sakit okeanın adını dəyişmək barədə düşünürdüm. Onu “Tramp okeanı” və ya “Amerikalar okeanı” adlandıracağıq. Buna bənzər bir şey. Mən vəzifəmdən getməzdən əvvəl bunu etməliyik. Hesab edirəm ki, bizim bir okeanımız olmalıdır, həmçinin böyük bir çaya ehtiyacımız var. Amma Missisipi çayının adını dəyişmək fikrində deyiləm. Mən Missisipini sevirəm”, – deyə dövlət başçısı Tennessi ştatında tərəfdarları qarşısında çıxış edərkən bildirib.

O, Hörmüz boğazının adının Tramp boğazı olaraq dəyişdirilə biləcəyini də bir daha bəyan edib.

Daha əvvəl ABŞ lideri Meksika körfəzinin və Ontario gölünün adlarının müvafiq olaraq Amerika körfəzi və Amerika gölü olaraq dəyişdirilməsini nəzərdə tutan fərmanlar imzalayıb. Bu sərəncamlar federal hökumətin həmin coğrafi obyektlərin adlarını işlətmə qaydasını və federal xəritələrdə onların necə göstərilməsini dəyişir. Bununla belə, Trampın prezident postundakı varisləri bu dəyişiklikləri ləğv edən fərmanlar imzalaya bilərlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti