Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ AÇIQLAMA

Cəmiyyət Xəbər 10 Oktyabr 2026 13:52 (UTC +04:00)
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ AÇIQLAMA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkədə bir neçə şəxs pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı narahatlığını ifadə edib.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili sosial media hesabında paylaşım edib.

Qeyd edilib ki, bu müvəqqəti dəyişiklikdir və narahatlığa əsas yoxdur.

"Çünki hazırda işəgötürənlər tərəfindən cari ilin III rübü üzrə sosial sığorta haqlarına dair təqdim olunmuş hesabatların elektron sistemdə emalı prosesi aparılır. Bu prosesdə vətəndaşların pensiya kapitallarında əks olunan bəzi məlumatlarda müvəqqəti dəyişikliklər müşahidə oluna bilər.

Emal prosesinin 11 oktyabr saat 17:00-dək başa çatdırılması gözlənilir.

Texniki proses başa çatdıqdan sonra şəxsi kabinetlərdə məlumatlar dəqiqləşdirilmiş hesabatlar əsasında yenilənmiş formada əks olunacaq", - deyə əlavə edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti