“Artıq "ana" yox, "hamilə valideyn" deməliyik!” – Tramp

Dünya xəbərləri Xəbər 10 Oktyabr 2026 19:40 (UTC +04:00)
“Artıq "ana" yox, "hamilə valideyn" deməliyik!” – Tramp

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp aralıq seçkiləri kampaniyası çərçivəsində Nyu-York ştatının Siraküz şəhərində keçirilən mitinqdə çıxışı zamanı ştatda iyun ayında qəbul edilmiş və ailə hüququnu daha inklüziv etməyə yönəlmiş qanunu sərt tənqid edib.

Respublikaçılar Partiyasının kəskin etirazına səbəb olan bu qanun, xüsusilə, surroqat analıq yolu ilə dünyaya gələn uşaqların valideynlərinin hüquqi statusunu möhkəmləndirməyi nəzərdə tutur.

“Artıq "ana, salam, ana" yox, "hamilə valideyn, salam, hamilə valideyn" deməliyik!”, – Donald Tramp gülüş səsləri ilə qarşılanan çıxışı zamanı belə deyib.

O, sözlərinə davam edərək bildirib: “Salam, hamilə valideyn, səni bütün qəlbimlə sevirəm, hamilə valideyn!”.

Tramp, həmçinin Nyu-York ştatının qubernatoru Keti Hokulu tənqid edib, qanunda nəzərdə tutulan müddəaları Hokulun transgender uşaqlar üçün tibbi xidmətlər və transgender kişilərin qadın idman yarışlarında iştirakı ilə bağlı mövqeləri ilə əlaqələndirib.

Qeyd edək ki, qanun layihəsi 2026-cı il iyunun 3-də Nyu-York ştatı Senatında, iyunun 4-də isə ştat Assambleyasında qəbul edilib. Daha sonra yekun qərarın verilməsi üçün qubernator Keti Hokula təqdim olunub. Lakin bu günədək onun qərarı gözlənilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti