Qarabağ Universitetinin müəllimi hakim təyin olunub (FOTO)

Cəmiyyət Xəbər 10 Oktyabr 2026 18:29 (UTC +04:00)
Qarabağ Universitetinin müəllimi hakim təyin olunub (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ Universitetinin müəllimi Nuranə Asif qızı Məmmədova Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.

Bu barədə Azərbaycan Respublikasının Ali Məhkəməsi paylaşım edib.

1999-cu il avqustun 22-də Göygöl rayonunda anadan olan Nuranə Məmmədova 2016-cı ildə 687 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunaraq Prezident təqaüdünə layiq görülüb.

O, 2020-ci ildə Bakı Dövlət Universitetinin bakalavriat, 2022-ci ildə isə əqli mülkiyyət hüququ ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomları ilə bitirib. Hər iki pillədə ingilis dilində təhsil alıb.

Əmək fəaliyyəti dövründə müxtəlif hüquq sahələrində çalışıb, Bakı İnzibati Məhkəməsində məhkəmə iclas katibi, həmçinin vəkil kimi fəaliyyət göstərib.

2024-cü ildən Qarabağ Universitetində pedaqoji fəaliyyətə başlayan Nuranə Məmmədova universitetin Humanitar və sosial elmlər fakültəsində müəllim vəzifəsində çalışıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti