Türkiyədə siqaret satışı şəxsiyyət vəsiqəsi ilə həyata keçiriləcək

Dünya xəbərləri Xəbər 10 Oktyabr 2026 17:00 (UTC +04:00)
Türkiyədə siqaret satışı şəxsiyyət vəsiqəsi ilə həyata keçiriləcək

Bakı. Trend:

Türkiyədə siqaret satışı şəxsiyyət vəsiqəsi ilə həyata keçiriləcək.

Bunu Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu "TRT Haber"ə açıqlayıb.

Onun sözlərinə görə, tütün məhsullarının satışında yaşın təsdiqlənməsi sisteminə keçiləcək və siqaretin mağazalardakı rolu məhdudlaşdırılacaq.

Belə ki, siqaret almaq istəyən şəxslərdən şəxsiyyət vəsiqəsi tələb ediləcək və yaşı dəqiqləşdiriləcək.

Nazir qeyd edib ki, məqsəd siqaretin cəmiyyətdə adi və normal bir vərdiş kimi qəbul edilməsinin qarşısını almaq, xüsusilə gənclər arasında tütün istifadəsini azaltmaqdır.

O əlavə edib ki, həmçinin siqaret çəkilən və çəkilməyən ərazilərin sərhədləri dəqiqləşdiriləcək. Xüsusilə kafe və restoranlarda siqaret çəkməyən şəxslərin hüquqlarının qorunmasına diqqət yetiriləcək.

Kemal Memişoğlu yeni qaydaların bir neçə həftə ərzində Türkiyə Böyük Millət Məclisinə təqdim edilməsinin planlaşdırıldığını bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti