Tramp ukraynalıları yeni prezident seçməyə çağırıb

Dünya xəbərləri Xəbər 10 Oktyabr 2026 21:14 (UTC +04:00)
Tramp ukraynalıları yeni prezident seçməyə çağırıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bu gün ukraynalı həmkarı Volodimir Zelenskini kəskin tənqid edərək, Ukraynanın “yeni prezidentinin olması” vaxtının çatdığını bildirib və Ukraynanın Rusiyanın karbohidrogen infrastrukturu obyektlərinə endirdiyi zərbələri pisləyib.

“Onlara Rusiya ilə müharibəyə son qoymağa imkan verəcək razılaşma əldə edə biləcək yeni lider seçməyi tövsiyə edirəm”, – ABŞ prezidenti Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

Donald Tramp, həmçinin ukraynalı həmkarı Volodimir Zelenskini Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa sərt şəkildə çağırıb. ABŞ prezidentinin sözlərinə görə, bu hücumlar dizel yanacağının qıtlığı ilə bağlı “qlobal problemi” daha da ağırlaşdırır.

“Yaxşı olar ki, o, bunu dayandırsın”, – Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında xəbərdarlıq edib.

“O, bu münaqişəni dəfələrlə həll edə bilərdi, lakin bunu etməməyi üstün tutdu. Biz dedik "Rusiya ilə istədiyinizi edə bilərsiniz, amma neft emalı zavodlarına zərbələr endirməyin". Çünki bu, qlobal problem yaradır, o isə bütün dünyaya problem yaratmaq istəyir. Dizel yanacağına görə fermerlərimizə və heyvandarlıqla məşğul olan təsərrüfat sahiblərinə problem yaratmaq istəyir. Çünki Rusiya dünya bazarına dizel yanacağının əhəmiyyətli hissəsini tədarük edir. Biz onlara "dizel yanacağı ilə əlaqəli obyektlərə zərbələr endirməyin" dedik. Bəs o nə edir? Gedib həmin obyektlərə zərbələr endirir.

İcazə verin, fikrimi bir qədər də irəli aparım. Əgər prezident mən olsaydım, bu müharibə ümumiyyətlə baş verməzdi. O, heç vaxt başlamazdı. Ukrayna ilə Rusiya arasında bu müharibənin başlaması üçün heç bir səbəb yox idi. Müharibə səriştəsizlik ucbatından başladı. Bu müharibə ümumiyyətlə baş verməməli idi. Siz ərazinizin 30 faizini itirməzdiniz, artıq ərazinizin 30 faizini itirmisiniz”, – deyə Tramp fikrini tamamlayıb.

Bundan bir gün əvvəl Rusiya istehsalı olan böyük həcmdə dizel yanacağının ABŞ-yə tədarük ediləcəyi açıqlanmışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti