Tramp ABŞ-nin husilərlə əlaqədə olduğunu bildirib

Dünya xəbərləri Xəbər 11 Oktyabr 2026 07:39 (UTC +04:00)
Tramp ABŞ-nin husilərlə əlaqədə olduğunu bildirib

Bakı. Trend:

ABŞ Yəməndə fəaliyyət göstərən husilərin “Ənsar Allah” üsyançı hərəkatı ilə təmaslar saxlayır. Bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.

“Husilərlə təmaslarımız var və bundan sonra nə baş verəcəyini görəcəyik. Lakin onların etdikləri çox pis idi”, – deyə o, Tennessi ştatından Ağ Evə qayıdarkən Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərlə söhbətində Səudiyyə Ərəbistanına endirilən zərbələri şərh edərkən bildirib.

“Bu hücum dəhşətli idi”, – deyə ABŞ lideri əlavə edib. Onun fikrincə, belə hallarda Səudiyyə Ərəbistanının özünü müdafiə etmək hüququ var.

Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, Ər-Riyaddakı Kral Xalid adına beynəlxalq hava limanına edilən hücum nəticəsində azı 12 nəfər həlak olub, daha 309 nəfər yaralanıb. Həlak olanlar arasında bir ABŞ vətəndaşı da var.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti