Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Siyasət Xəbər 11 Oktyabr 2026 17:23 (UTC +04:00)
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Bakı. Trend:

Oktyabrın 11-də Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Kamboca Krallığının Baş naziri Hun Maneti və xanımı Piç Çanmonini Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti