Bakı. Trend:
9–11 oktyabr tarixlərində Çexiyada batut gimnastikası üzrə beynəlxalq turnir keçirilib. Turnirdə ölkəmizi təmsil edən gimnastlarımız uğurlu nəticələrlə yadda qalıblar.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, böyüklər arasında qarışıq sinxron proqramda çıxış edən Nicat Mirzəyev və Ayan Şabanova 44,860 xal toplayaraq gümüş medal qazanıblar.
13–14 yaş qrupu üzrə sinxron proqramda mübarizə aparan Ömər Qasımlı və Muhamməd Həsənli 45,210 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Gənclər arasında fərdi proqramda Ammar Baxşalıyev 55,830 xalla, Samirə Hüseynova isə 50,470 xalla qızıl medala layiq görülüblər.
Beləliklə, gimnastlarımız turniri üç qızıl və bir gümüş medalla başa vurublar.