İrəvanda gecə saatlarında atışma baş verib, üç nəfər yaralanıb

Dünya xəbərləri Xəbər 11 Oktyabr 2026 13:25 (UTC +04:00)
İrəvanda gecə saatlarında atışma baş verib, üç nəfər yaralanıb

Bakı. Trend:

Ötən gecə İrəvanda baş verən atışma nəticəsində üç nəfər yaralanıb.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 10-da saat 23:52-dən etibarən Daxili İşlər Nazirliyinin 112 saylı Operativ İdarəetmə Mərkəzinə Kanakerin 9-cu küçəsi ərazisində mübahisə səslərinin eşidilməsi ilə bağlı məlumatlar daxil olub.

Hadisə yerinə gələn polis əməkdaşları ilkin məlumata görə, Ağasi küçəsindəki evlərdən birinin yaxınlığında bir qrup şəxs arasında münaqişə baş verdiyini, münaqişənin Tbilisi şosesində davam etdiyini müəyyən ediblər. Münaqişə zamanı odlu silahdan istifadə olunub.

Polisin verdiyi məlumata görə, hadisə nəticəsində güllə yarası alan üç nəfər xəstəxanaya yerləşdirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti