Bakı. Trend:
Cibuti sahillərində miqrantları daşıyan gəmi aşıb, 100-dən çox insan həlak olub.
Bu barədə BMT-nin strukturuna daxil olan Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) məlumat yayıb.
“Təşkilatın portalında dərc olunan bəyanatda bildirilir ki, gəmidə 305 nəfər olub, onlardan 15-i uşaq olmaqla 109 nəfər həlak olub. Daha 116 nəfər itkin düşmüş hesab olunur. Təxminən 80 nəfər sağ qalıb. Onların hamısı Efiopiya vətəndaşlarıdır”.
Miqrantları daşıyan gəmi Cibutidən Yəmənə doğru hərəkət edirmiş. Gəmi oktyabrın 9-na keçən gecə Obok şəhərinin şimalında, Qırmızı dənizdə batıb. Axtarış-xilasetmə əməliyyatı davam edir.