Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Dünya xəbərləri Xəbər 11 Oktyabr 2026 20:33 (UTC +04:00)
Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakı. Trend:

Polşanın Baş naziri Donald Tuska və müdafiə naziri Vladislav Kosinyak-Kamışa elektron kanallar vasitəsilə təhdidlər ünvanlayan şəxs saxlanılıb.

Bu barədə Donald Tusk “X” sosial şəbəkə hesabında bildirib. O yazıb: “İşlənə biləcək sui-qəsdlə bağlı təhdidlər səsləndirən şəxs saxlanılıb”.

Polşa xüsusi xidmət orqanlarının koordinatoru nazirinin mətbuat katibi Yatsek Dobjinskinin sözlərinə görə, Baş nazir və müdafiə naziri oktyabrın 11-də səhər saat 07:00 radələrində təhdidlər alıblar.

“Gazeta Wyborcza” qəzetinin xüsusi xidmət orqanlarındakı anonim mənbəyə istinadən yaydığı məlumata görə, elektron kanallar vasitəsilə göndərilən təhdidlərdə siyasətçilərin yaşayış yerləri və yaxın gələcək üçün planları barədə məlumatlar yer alıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti