Bakı. Trend:
Təhlükəsizliklə bağlı tətbiq edilən məhdudiyyətlər səbəbindən Moskvaya uçan 25-dən çox təyyarənin marşrutu dəyişdirilərək ehtiyat aerodromlara yönləndirilib.
Bu barədə paytaxtın hava limanları məlumat yayıb.
Məlumata əsasən, “Şeremetyevo” hava limanına istiqamətlənən 11 reys Nijni Novqorod, Sankt-Peterburq, Kazan, Samara və Yaroslavl şəhərlərinə yönəldilib.
“Vnukovo” hava limanına uçan daha 9 təyyarə də alternativ istiqamətlərə göndərilib.
Bundan əlavə, “Domodedovo” hava limanına eniş etməli olan 6 reys Nijni Novqorod, Kazan və Sankt-Peterburq şəhərlərində eniş edib.