Trampın müşaviri Zelenskini tənqid atəşinə tutub

Dünya xəbərləri Xəbər 12 Oktyabr 2026 10:57 (UTC +04:00)
Trampın müşaviri Zelenskini tənqid atəşinə tutub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ prezidentinin müşaviri Aleks Brusevits Ukrayna Prezidenti Volodimir Zelenskini Donald Trampa qarşı yönəlmiş addımlar atmaqda ittiham edərək tənqid atəşinə tutub.

Bu barədə o rəsmi "X" səhifəsində yazıb:

“İki gün əvvəl o, prezidentin zəif olduğunu söylədi və prezident Rusiyayla razılaşma əldə etdiyini elan etdikdən bir neçə dəqiqə sonra neft emalı zavodlarına zərbələr endirdi”, –deyə bildirib.

Onun sözlərinə görə, Zelenskini ABŞ-nin etibarlı müttəfiqi hesab etmək olmaz.

“Gəlin onun yaxşı müttəfiq olduğunu iddia etməyi dayandıraq. Əgər hələ də onunla əlaqə saxlayırsınızsa, ona gərək deyəsiz ki, Trampın mövqelərini zəiflətməyə və öz hərəkətləri ilə Amerika xalqına zərər vurmağa son qoysun”, – Brusevits bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti